Azedu.az

Naxçıvanda bu məktəbin binası bərpa EDİLİB

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

Elm və Təhsil Nazirliyi

16 Sentyabr 2024, 17:17
Naxçıvanda bu məktəbin binası bərpa EDİLİB

Yeni tədris ilində Şərur rayonunun Təzəkənd tam orta məktəbi əsaslı təmirdən sonra kollektivin istifadəsinə verilib.

Bu barədə AzEdu.az-a Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən məlumat verilib.

 

Nazirlikdən bildirilib ki, sentyabrən 16- da Şərur rayonunun Təzəkənd tam orta məktəbinin yeni binası əsaslı təmirdən sonra kollektivin istifadəsinə verilib. 

 

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov və Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov kollektivlə görüşüblər. Görüşdə  son dövrlərdə ölkədə təhsilə göstərilən dövlət qayğısından bəhs edilib, Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin təbrikləri kollektivə  çatdırılıb.   

 

Məktəbdə yaradılan tədris şəraiti ilə tanışlıq zamanı  məlumat verilib ki, 110 yerlik məktəb binasında əsaslı təmir işləri aparılmış, binanın dam örtüyü, qapı və pəncərələri  dəyişdirilmiş, suvaq və boyama işləri aparılmışdır. Həmçinin  STEAM otağında və fizika  kimya laborotoriyasında elektron lövhə quraşdırılmış, kompüter otağına  yeni kompüter dəstləri qoyulmuş, məktəbə kamera sistemləri quraşdırılmış,  kitabxana  əlavə ədəbiyyatlarla zənginləşdirilmişdir.   Məktəb  üçün fərdi qazanxana yaradılmış, binanın həyətində açıq idman qurğuları quraşdırılmış, həyatyanı sahədə abadlıq işləri aparılmış, yaşıllıq sahəsi salınmış, işıqlandırma və suvarma sistemləri yenilənmişdir.  
 

Qeyd edək ki, məktəbin kollektivi onlar üçün yaradılan tədris şəraitinə görə  minnətdarlıqlarını bildiriblər.
 

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox