Azedu.az

Buraxılış və qəbul imtahanları elektron formada keçiriləcək? - DİM

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

Dövlət İmtahan Mərkəzi (DİM)

13 May 2024, 15:15
Buraxılış və qəbul imtahanları elektron formada keçiriləcək? - DİM

Dünən dövlət qulluğu üzrə ilk dəfə elektron qaydada imtahan həyata keçirildi.

 

Dövlət qulluğuna qəbul imtahanı, həmçinin dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı (BB vəzifə qrupları istisna olmaqla) DİM-in yeni istifadəyə verilmiş elektron imtahanlar korpusunda təşkil olunub.

 

Burada namizədlər kompüter vasitəsilə imtahanı veriblər. 

 

Bəs, görəsən, bu qaydanın gələcəkdə buraxılış və qəbul imtahanlarında da həyata keçirilməsi mümkündürmü?

 

Məsələ ilə bağlı AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib ki, hələlik iştirakçı sayı daha az olan imtahanların elektron formada keçirilməsi nəzərdə tutulur:

 

“Kütləvi imtahanlarla bağlı indidən dəqiq nəsə söyləmək mümkün deyil”, - deyə mərkəzdən bildirilib.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox