Azedu.az

Ukraynalı uşaqlar zorla rus məktəblərinə göndərilir

Məktəblər

Araşdırma

3 Mart 2023, 09:14
Ukraynalı uşaqlar zorla rus məktəblərinə göndərilir

Rusiya Ukraynanın işğal etdiyi bölgələrində 6 minə yaxın ukraynalı uşağı zorla rus məktəblərinə göndərir.


AzEdu.az xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə komissarı Dmitri Lubinets bildirib.


Onun sözlərinə görə, Rusiya ələ keçirdiyi ərazilərdə 43 qondarma təhsil düşərgəsi yaradıb.

 

"Ukraynaya qarşı ən vətənpərvər uşaqlar orada saxlanılır. Bizdə olan məlumatlara görə, hazırda 6000-ə yaxın uşağa psixoloji və fiziki təzyiq göstərilir”, - deyə Lubinets vurğulayıb.


Ombudsman qeyd edib ki, həmin uşaqların Ukrayna dilində ünsiyyəti qadağan edilib, onlardan Ukrayna sənədləri alınır və qanunsuz olaraq övladlığa verilir.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox