Azedu.az

Məktəblilərə fizika sahəsində əldə olunan yeniliklər barədə məlumat verilib

Məktəblər

AMEA

18 Yanvar 2019, 14:54
Məktəblilərə fizika sahəsində əldə olunan yeniliklər barədə məlumat verilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda fizika aylığı çərçivəsində Xətai rayonu Əhmədli qəsəbəsi 245 saylı tam orta məktəbin X və XI sinif şagirdləri ilə görüş keçirilib.

AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki,  görüş məktəblilərdə elmə marağı artırmaq, onların bilik və bacarıq səviyyəsini yüksəltmək məqsədilə təşkil olunub.

Alimlər fizika üzrə elmlər doktoru Sədiyar Rəhimovun rəhbərliyi altında elmi müəssisənin fəaliyyəti, müasir avadanlıq, laboratoriyalarda yerinə yetirilən elmi-tədqiqat işləri, həmçinin fizika sahəsində əldə olunan ən son yeniliklər barədə məlumat veriblər.

Sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Azərbaycanla sülh müqaviləsinin mətnini razılaşdırdıq
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox