Azedu.az

STEAM tədris edən müəllimlər üçün müsahibələr keçirilir

Maraqlı

Müəllimlər və elm adamları

11 Sentyabr 2024, 17:57
STEAM tədris edən müəllimlər üçün müsahibələr keçirilir

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tərəfindən STEAM təhsil metodu üzrə kadr ehtiyacının ödənilməsi məqsədilə ümumi təhsil müəssisələrində bu fənni tədris edən müəllimlər üçün keçirilən müsabiqənin müsahibə mərhələsinə start verilib.

 

Nazirlikdən AzEdu.az-a bildirilib ki, müsahibə mərhələsində sentyabrın 4-də keçirilən müsabiqədə test tapşırıqlarının müəyyən olunmuş bal həddini keçən namizədlər iştirak edir.

 

Müsahibə mərhələsində namizədlərin tədris prosesinin idarə olunması, texnologiyalar üzrə bilikləri, həmçinin nəzəri biliklərini praktikada tətbiqetmə bacarıqları yoxlanılır və praktiki tapşırıqların həllinə üstünlük verilir.

 

Müsahibə mərhələsini uğurla başa vuran namizədlərə STEAM təhsili üzrə tədris prosesini aparmağa icazə hüququ verən və iki il qüvvədə olan sertifikat təqdim ediləcək.

Paşinyan Azərbaycanın əsas şərtini QƏBUL EDİR
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox