Azedu.az

Ötən ay DİM-in keçirdiyi imtahanlarda 7392 nəfər iştirak edib

Maraqlı

Müəllimlər və elm adamları

Dövlət İmtahan Mərkəzi (DİM)

4 Sentyabr 2024, 11:31
Ötən ay DİM-in keçirdiyi imtahanlarda 7392 nəfər iştirak edib

Dövlət İmtahan Mərkəzi (DİM) avqust ayında göstərdiyi xidmətlərin statistikasını açıqlayıb.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, avqust ayında keçirilmiş imtahanlarda 7392 nəfər iştirak edib.

 

Mərkəzin elektron xidmətlərindən istifadə sayı 641 min 975 olub. Avqust ayı ərzində 2775 vətəndaş qəbul edilib. Beynəlxalq imtahanlarda 309 nəfər iştirak edib. Çağrı mərkəzi vasitəsilə 18 min 394, elektron poçt vasitəsilə 2500-dən çox, sosial şəbəkələr vasitəsilə 3200-ə yaxın müraciət cavablandırılıb.

 

Çatbota daxilolma sayı 8214 olub. Abituriyent məsləhət mərkəzlərinə 5623 müraciət daxil olub.

TƏCİLİ! İran Ermənistana qoşun yeridir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox