Tələbələrin yerli və xarici universitetlərdən yaxud bir ixtisasdan digərinə, həmçinin, təhsilalma formasının dəyişdirilməsi, ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində köçürülməsi prosesi ildə bir dəfə yay aylarında aparılır.
Bəs, görəsən, bu il tələbələrin köçürülmə prosesinə nə zamandan başlanılacaq?
AzEdu.az Təhsil Portalı olaraq bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq.
Sorğumuza cavab olaraq bildirildi ki, tələbələrin köçürülməsi prosesi barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcəkdir.