Azedu.az

Magistratura imtahanına mini kameralı eynək keçirməyə cəhd olub

Magistratura

Dövlət İmtahan Mərkəzi (DİM)

16 Fevral 2025, 15:26
Magistratura imtahanına mini kameralı eynək keçirməyə cəhd olub

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında (1-ci cəhd) 3 nəfərdə mobil telefon, 1 nəfərdə isə qanunla istifadəsi və satışı qadağan olunan mini kameralı eynək, xüsusi ötürücü qurğu və qulaqlıq aşkar olunub.

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.

Müvafiq hallar protokollaşdırılaraq həmin şəxslər imtahandan xaric olunublar. Hazırda qeyd olunan qayda pozuntuları ilə bağlı araşdırma aparılır.

DİM bir daha imtahan iştirakçılarını bu cür hərəkətlərdən çəkinməyə çağırır və bu hərəkətlərə yol vermiş şəxslər, onları bu işə təhrik edənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcəyini nəzərə çatdırır.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox