Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-30 12:30:00
Koreyada  oxuyan xanım soydaşımız – “Burada dərsə hazırlaşmaq üçün xüsusi  özəl  və  fərqli  otaqlar var ”

 

Son illər gənclərin xaricdə təhsil almağa  marağı daha da artıb. 

Gənclər hansı ölkədə təhsil alacaqlarını, sevdikləri şəhər, büdcə və ya qəbul olduqları təqaüd proqramına əsasən müəyyən edirlər.  Bu zaman universitet və ixtisas seçimi bir sıra suallar yaratdığından onlar qərarlarından əmin ola bilmirlər. Gənclərin bu kimi suallarını cavablandırmaq üçün həmin ölkədə təhsilalan tələbələrin verdikləri məlumatlar daha əsaslı olur.

Bu yazıda Cənubi Koreyanın Hankuk Xarici Dillər Universitetində təhsil alan Nurlana Məmmədova bu barədə zəruri bilgilərini  bizimlə bölüşüb.

Öncə, universitet haqqında ümumi məlumat verək:

Hankuk Xarici Dillər Universiteti (HUFS)1954- cü ildə qurulub. Müasir Dillər Təhsilində universitet 2014-ci ildə Koreyada birinci,dünyada 29-cu yeri tutub.  

Hankuk Xarici Dillər Universiteti  Koreya Resbuplikasında indi də öndə gedən ali təhsil müəssisələrindən biridir. Universitet  xarici araşdırmalar sahəsində üst sıralarda yer alan ən  nüfuzlu ali təhsil ocağıdır.

HUFS, 2010-cu ildə QS Dünya Universitet Sıralamasında qloballaşma  haqqında ən yaxşı Koreya Universiteti (Quacquarelli Symonds) olaraq birinci yeri tutub.

Cənubi Koreyanın keçmiş və indiki bir çox diplomatları və səfirləri HUFS-un məzunu olub.  HUFS beynəlxalq araşdırmalar, diplomatiya, xarici işlər və ticarət,media sahələrində  Cənubi Koreyada xüsusi yerə sahibdir.

Nurlana bildirib ki,  universitetə hər il Cənubi-şərqi Asiya, Amerika, Avropa, Yeni Zellandiya, Avstriyadan gələn tələbələrinin sayı artmaqdadır:

“HUFS dünyanın 88 ölkəsindən 554 universiteti ilə əməkdaşlıq edir. Gələcəkdəki qlobal liderləri dəstəkləmək hədəfi ilə siyasət, iqtisadiyyat, sosial tədqiqatlar, mədəniyyət və mühəndislik sahələrində həm peşə, həm də liberal incəsənət üçün bir sıra yeni kurslar açıb.

HUFS-da təhsil almaq istəyənlər həm universitetin özünün təşkil etdiyi təqaüd proqramlarına müraciət etməklə, həm də hər il C.Koreya dövlətinin təşkilatçılığı ilə dövlət təqaüd proqramlarına qatılma şansları var.

Qısa dönəm də olsa bu ölkəyə həm səyahət edib, həm də dil öyrənmək istəyənlər, Yaz məktəblərinə (Summer School) müraciət edə  bilərlər. May ayında qəbul planı başlanır, məbləğ barədə universitetin saytından və ya email yolu ilə məlumat öyrənə bilərlər.

Apreldə ödəmə həyata keçirilir, iyulda isə koreya dilindən sınaq imtahanları verilir.

Burada dil səviyyəsinə görə siniflər təşkil olunur  və dərslər   avqusta qədər davam edir.

C.Koreyada öz hesabına təhsil almaq və orada yaşamaq bahalı olduğuna görə bu ölkədə oxumaq niyyətində olanlara təqaüd proqramlarindan bəhrələnməyi məsləhət görərdim. C.Koreyada təhsil almaq üçün yerli dili də bilmək vacibdir. Çünki dərs ləvazimatları və materiallar ingilis dilində olsa da müəllimlər dərs zamanı Koreya dilindən daha çox istifadə edirlər”.

Onun sözlərinə görə, universitetdə tələbələrə  hər gün  ucuz və dadlı yeməklər də  verilir:

“C.Koreyada kitabxanalar müasir avandanlıqlarla təchiz edilib. Tələbələr günün çox hissəsini burada keçirdiklərinə görə rahat masa və uzanıb dincəlmək üçün divan – kreslolar da qoyulub.

Həmçinin, çox rahat şəkildə dərsə hazırlanmaq üçün özəl otaqlar da mövcuddur ki, heç kim səni burada narahat edə bilməz.

Qrup şəklində dərsə hazırlananlar üçün ayrıca geniş otaqlar da var. Burada yataqxana daxilində də oxu zalları var. Kitabxanalarda yer olmadığı təqdirdə  tələbələr oxu zalından rahatlıqla istifadə edə bilər. Universitetdə tələbələr üçün hər gün ucuz və dadlı  yeməklər verilir. Universitetin Seul kampusundan rahatlıqla şəhərin istənilən nöqtəsinə gedib gəlmək üçün nəqliyyat vasitələri də var.Kampusa 5 dəqiqə uzaqlığından  metro xətti keçir. Kampusların daxilində kitabxana, yeməkxana ,yataqxanalar təbiətlə iç-içə olduğundan insan özünü şəhərdən uzaq sakit bir mühitdə hiss edir”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları