![](https://azedu.az/uploads/news/2018/03/1522311602449659165_1000x669.jpg)
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “EE-KEY-AZ: Sahibkarlıq təhsili - Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsi çərçivəsində təşkil olunan yaz məktəbinə start verilib.
UNEC-dən AzEDU-ya bildirilib ki, beş gün davam edəcək yaz məktəbi “Sahibkarlıq və KOM: Biznesin əsasları” mövzusunda olacaq. Yaz məktəbində dərslər Almaniyanın Siegen Universitetinin professoru Petra Muqun (Petra Moog) rəhbərliyi ilə UNEC və Siegen Universitetinin magistrlərinin birgə iştirakı ilə aparılır. Mühazirəçi kimi Almaniyadan Berlin İqtisad və Hüquq Məktəbinin Sahibkarlıq, KOS və Ailə Biznesi İnstitutunun direktoru, professor Birgit Felden də dəvət olunub.
Yaz məktəbində, həmçinin Azərbaycanın biznes qurumlarının rəhbər və mütəxəssisləri iştirakçılarla öz təcrübələrini bölüşəcək, ölkə iqtisadiyyatındakı son tendensiyalar haqqında mühazirələr oxuyacaqlar. Yaz məktəbi ərzində iştirakçıları ölkənin istehsal müəssisələrinin fəaliyyəti ilə tanış etmək məqsədilə ekskursiyalar təşkil olunacaq.
Sonda magistrlər hazırladıqları biznes planların nəticələrinə əsasən qiymətləndirilərək kredit əldə edəcəklər.
Qeyd edək ki, UNEC ilə Siegen Universitetinin birgə hazırladığı “EE-KEY-AZ: Sahibkarlıq təhsili - Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsi Alman Akademik Mübadilə Xidməti tərəfindən maliyyələşdirilməsi üçün qəbul olunub. Layihənin müddəti 4 ildir.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)