Nazirlər Kabineti "Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində verilən təhsil qrantının məbləği"ni təsdiqləyib.
AzEDU APA-ya istinadən xəbər verir ki, təhsil qrantlarının məbləği manatla aşağıdakı kimidir.
Hazırlıq kursu və təhsil səviyyələri üzrə təhsil haqqı (illik maksimum məbləğ) | Aylıq təqaüd xərcləri (viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, zəruri tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, ildə bir dəfə ölkələrinə gediş və gəliş) | İllik tibbi yardım | |||||
tədris dilinə uyğun hazırlıq kursu | bakalavriat | magistratura | doktorantura | tibb təhsili üzrə əsas təhsil | rezidentura | ||
2000 | 3000 | 3500 | 4000 | 3500 | 4000 | 800 | 200 |
Qeyd. Proqram iştirakçılarının viza və qeydiyyat xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğlərə uyğun, nəqliyyat xərcləri isə faktiki xərclər üzrə təqdim olunan müvafiq təsdiqedici sənədlər əsasında ödənilir.
kitabı