Azedu.az

Ağstafada yeniyetmə bıçaqlanıb

Hadisə

29 İyul 2025, 08:41
Ağstafada yeniyetmə bıçaqlanıb

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

AzEdu.az xəbər verir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü M. Huseynli qolunun və qarnının kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal yeniyetmə əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə yeniyetmə tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Fakt araşdırılır.

Rusiyadan Paşinyana ağır sözlər: O, qorxağın biridir!
Son xəbərlərDaha çox