Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-28 12:07:58
Aqrar Universitetində 100 bal toplayan tələbələrə əlavə təqaüd verildi

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2017/2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında yüksək bilik nümayiş etdirərək müxtəlif  fənlərdən 100 bal toplayan tələbələrlə görüş olub.

AzEDU xəbər verir ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək dövlətin bütövlükdə aqrar təhsilə olan qayğısının daim artması, təhsil müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsi, o cümlədən müasir təhsil sistemi üçün yüksək səviyyəli layihələrdən olan Tələbə evlərinin istifadəyə verilməsinin təhsilin keyfiyyətinə müsbət təsir göstərməklə imtahanlarda maksimum nəticələr əldə edən tələbələrin sayının artmasına səbəb olduğunu bildirib.

Görüşdə imtahan sessiyasında yüksək bilik nümayiş etdirərək müxtəlif fənlərdən 100 bal toplamış əyani təhsil formasının tələbələrin stimullaşdırılması məqsədilə büdcədənkənar vəsait hesabına  2018-ci il martın 1-dən iyulun 5-dək  müddətdə aldıqları təqaüdə 6 fənn üzrə 100 manat, 5 fənn üzrə 70 manat, 4 fənn üzrə 50 manat əlavə təqaüd verilməsi barədə universitet rektorunun əmri elan olunub.