Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-28 11:52:25
Kemerova faciəsində şagirdlərini xilas edərkən ölən müəllimə -FOTO

 Rusiyanın Kemerova şəhərində yerləşən əyləncə mərkəzindəki faciənin qurbanlarından biri də müəllimə Tatyana Darsaliya olub.

AzEDU xəbər verir ki,  həmin gün 14 yaşlı qızı ilə birlikdə əyləncə mərkəzinə gələn T.Darsaliya  yanğın başlayanda qızını təhlükəsiz əraziyə çıxarıb.

O, binanın üst mərtəbəsində olarkən uşaqların çığırtısını eşidib, onları xilas etmək üçün ticarət mərkəzinə qayıdıb. Uşaqlardan bəzilərini təhlükəsiz əraziyə aparan müəllimə Tatyana Darsaliya tüstülənmədən zəhərlənərək dünyasını dəyişib.

tatyana.jpg

Qeyd edək ki, martın 25-də Rusiyanın Kemerovo şəhərində ticarət-əyləncə mərkəzində yanğın baş verib. Hadisə nəticəsində 41-i uşaq olmaqla 64 nəfər ölüb, xeyli insan müxtəlif dərəcəli xəsarətlər alıb.

Nəzrin Cavid