Azedu.az

Azərbaycanlı tələbənin təqdim etdiyi qətnamə BMT-də müzakirəyə çıxarılacaq

Ali təhsil

27 Mart 2018, 20:21
Azərbaycanlı tələbənin təqdim etdiyi qətnamə BMT-də müzakirəyə çıxarılacaq

Bakı Dövlət Universitetinin  beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin ikinci kurs tələbəsi Rəsul Mehdiyev Nyu-Yorkda, BMT-nin baş qərargahında keçirilən konfransın bölmə iclasında məruzə ilə çıxış edib.

AzEDU xəbər verir ki, azərbaycanlı tələbənin konfransa təqdim etdiyi qətnamə 130 ölkədən 119 səs toplayıb. Konfransda qəbul edilən qətnamə BMT-də müzakirəyə çıxarılacaq.

R.Mehdiyev uğurlu iştirakına və fəallığına görə Təşkilat Komitəsi tərəfindən “Ən yaxşı təmsilçilik” nominasiyası ilə təltif edilib. (AZƏRTAC)

300 min azərbaycanlı Ermənistana qayıdacaq - KRİTİK ANONS
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox