https://www.zirve.edu.az/
17.11.2018 16:50
Azərbaycan vətəndaşlarının xarici ali məktəblərdə doktorantura təhsilinin maliyyələşdirilməsi qaydaları hazırlanacaq
Çap et

Ödəniş formaları və mənbələri nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi qaydaları hazırlanacaq. İşin icrası Nazirlər Kabineti, Təhsil Nazirliyi və Dövlət Neft Fonduna tapşırılıb.

AzEdu.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nda əksini tapıb.

Dövlət Proqramında, həmçinin doktorantura səviyyəsi üzrə təhsil alacaq şəxslərin təhsilinin işəgötürənlərin iştirakı ilə müştərək maliyyələşdirmə mexanizmlərinin hazırlanması, təhsil sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi də nəzərdə tutulur.