Azedu.az

Azərbaycan və Tatarıstan alimləri birgə tədqiqatlar aparacaqlar

Elmi institut və təşkilatlar

16 Noyabr 2018, 17:15
Azərbaycan və Tatarıstan alimləri birgə tədqiqatlar aparacaqlar

Tatarıstan Respublikası Elmlər Akademiyasının (TREA) vitse-prezidenti, Rusiya EA-nın akademiki Daniya Zaqidullina və TREA-nın Q.İbrahimov adına Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru, Rusiya EA-nın müxbir üzvü Kim Minnullin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar.

İnstitutdan AzEdu.az-a bildirilib ki, qonaqlar elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov ilə görüşüblər. Söhbət zamanı tərəflər iki ölkənin alimləri və elmi müəssisələri arasında əlaqələrin genişləndirilməsi, birgə araşdırmaların həyata keçirilməsi, dissertant və doktorant mübadiləsi zərurətindən danışıb, gələcək müştərək layihələr barədə müzakirələr aparıblar. Qonaqlar əlyazmalar sərgisi ilə tanış olublar.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox