Azedu.az

Qarabağ Universitetini seçənlər hansı bölgədəndir?   

Xəbərlər

26 Avqust 2024, 11:38
Qarabağ Universitetini seçənlər hansı bölgədəndir?   

Qarabağ Universitetinə qəbul olunanların hansı ərazilərdən olduqları açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat verib.

 

Bildirilib ki, Naxçıvan Dövlət Universitetinə 70% Naxçıvanda yaşayanlar, Gəncə Dövlət Universitetinə 50% Gəncə sakinləri sənəd verirlər.

 

"Qarabağ Universitetinin tələbələrinin isə 16,14 faizini Bakı, 3,81 faizini Naxçıvandan, 6,8 faizi Sumqayıt, Abşeron, Xızı, 22,67 faiz Mingəçevir bölgəsi, 16,77 faizi Gəncə bölgəsi, 8,61 faizi Şəki, Qələbə, 3,54 faiz Ağsu bölgəsi, 6,71 faiz İmişli, Cərayıl, Laçın, 7,43 faiz Şirvan, 4,90 faiz Lənkəran, Lerik, Astara, Yardımlı, 2,63 faiz isə Quba bölgəsindən olan  tələbələr daxil olub",- deyə qeyd olunub.

Rus ordusunda PANİKA BAŞLADI - Əsgərlərdən kütləvi etiraz
Son xəbərlərDaha çox