AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir.
13 avqust tarixində baş vermiş əhəmiyyətli, maraqlı hadisələrə nəzər salaq.
13 avqust Solaxaylar günüdür:
Bu gün solaxayların unikallığının və fərqliliklərinin cəmiyyətə çatdırılması və təbliğ olunması məqsədilə qeyd edilir.
Bu gün ilk dəfə 1976-cı ildə “Lefthanders International” təşkilatının qurucusu Dean Kampbel tərəfindən qeyd olunub. 1992-ci ildə isə Britaniya Solaxaylar Klubunun təşəbbüsü ilə Beynəlxalq Solaxaylar Günü təsis edilib.
Azərbaycanın ilk maarifpərvər qadınlarından olan Rəhilə Hacıbababəyova 1882-ci ilin bu günü Tiflisdə anadan olub:
Bakıdakı Rus-Azərbaycan Qız Məktəbində pedaqoji fəaliyyətə başlayan Rəhilə Hacıbababəyovanın təşəbbüsü ilə paytaxtda Azərbaycan dilində qızlar üçün ikisinifli məktəb açılıb və özü də uzun illər həmin məktəbdə müdir olub.
1961-ci ilin 13 avqustundan Berlini ikiyə bölən və “Soyuq müharibə”nin simvolu sayılan divar inşa edilməyə başlandı:
Uzunluğu 46 kilometr olan Berlin divarı şəhərin şərq və qərbini 30 il boyu fiziki olaraq bir-birindən ayırdı. Alman xalqının faciəvi rəmzi olan bu divar 1989-cu ildə dağıdılanda həm də bütün dünyada sosializm sisteminin parçalanma rəmzinə çevrildi.
İngilis jurnalisti və tarixçisi Herbert Corc Uells(Herbert George Wells) 13 avqust 1956-cı ildə 80 yaşında dünyadan köçüb:
Onun qələmə aldığı "Zaman maşını", "Dünyalar müharibəsi" və "Gözəgörünməz adam" əsərləri bir çox dilə tərcümə edilib və əsasında filmlər çəkilib.
kitabı