Azedu.az

Daha çox gənc nüfuzlu universitetlərdə təhsil alacaq

12 Avqust 2024, 15:24
Daha çox gənc nüfuzlu universitetlərdə təhsil alacaq

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramının müddəti 2028-ci ilədək uzadılır.

 

AzEdu.az xəbər verir ki, bu baradə elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli avqustun 12-də keçirilən brifinqdə söyləyib. O qeyd edib ki, bu, müvafiq müddət ərzində Azərbaycanın istedadlı gənclərinin xarici ölkələrin nüfuzlu universitetlərində şərait yaratmış olur.

 

Xatırladaq ki, avqustun 12-də Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncamında dəyişiklik edilib.

İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU
Son xəbərlərDaha çox