Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-25 14:53:40
Qazax-Tovuz RTİ üzrə gümüş nişanlı MƏZUN

Elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və gümüş nişanla təltif olunması prosesinə başlanılıb.

 

Bu barədə AzEdu.az-a Qazax-Tovuz Regional İdarəsindən məlumat verilib.

 

İdarədən bildirilib ki, ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında Azərbaycan Respublikası elm və təhsil nazirinin əmrinə əsasən Şəmkir rayon Mahmudlu kənd Y.Əsgərov adına tam orta məktəbin məzunu Zeynəb Məmmədova gümüş nişanla təltif edilib.