Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-24 17:10:00
Mexatronika kafedrasının əməkdaşları “Norm” sement zavoduna səfər edib

Mexatronika kafedrasının bir qrup əməkdaşı “Norm” sement zavoduna səfər edib. Səfər çərçivəsində əməkdaşlar zavodun müxtəlif şöbələrində görüş keçirib, həmçinin istehsalat sahələri ilə tanış olublar.

 

Bu barədə AzEdu.az-a Azərbaycan Texniki Universitetdən (AzTU) məlumat verilib.

 

Universitetdən bildirilib ki, görüş zamanı AzTU ilə zavod arasında əməkdaşlıq imkanları müzakirə olunub, tələbələrin zavodda istehsalat təcrübəsi keçməsi, birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.