Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-24 14:36:00
Azərbaycanlı şagirdlər beynəlxalq olimpiadada çıxış ediblər

"AMO 2023" və "SASMO 2024" beynəlxalq olimpiadalarında iştirak edərək medal əldə edən şagirdlər bu il Sinqapurda keçirilən "SIMOC 2024" olimpiadasında iştirak ediblər.

 

AzEdu.az xəbər verir ki, 35 ölkədən 2200 şagirdin iştirakı ilə keçirilən bu nüfuzlu olimpiadada Azərbaycanı 69 şagird təmsil edib. Üç mərhələdən ibarət olan olimpiadada fərdi kateqoriyada şagirdlərimizdən ikisi qızıl, 10-u gümüş, 17-si bürünc medal qazanıb. "Math Warriors" adlı ikinci mərhələdən şagirdlərimizdən dördü qızıl, səkkizi gümüş, 18-i bürünc medal əldə edib.

 

"Mind Sports" adlı üçüncü mərhələdə isə şagirdlərimiz beş qızıl, 11 gümüş və 16 bürünc medalla oyunu uğurla bitiriblər.

 

Əldə edilən nəticələr şagirdlərimizin riyaziyyat və məntiq sahələrinə olan maraqlarının və bu sahələrdə bilik və bacarıqlarının nə qədər güclü olduğunu göstərir.

 

İştirak edən və qalib olan bütün şagirdlərimizi təbrik edir və ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etdikləri üçün hər biri ilə qürur duyuruq!