Qırğız-Türk Manas Universiteti təqaüd proqramı elan edir.
  
 Bu barədə AzEdu.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
  
    Agentlikdən bildirilib ki, Qırğız-Türk Manas Universiteti 2024-2025-ci tədris ilində bakalavriat səviyyəsində təhsil almaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün təqaüd proqramı elan edir.
  
    Qeyd edək ki, təqaüd proqramına müraciət üçün son tarix 17 iyul 2024-cü ildir.
  
 Proqram barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz. 
//t.ly/0cxW1