Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-15 13:06:34
Qəbulun 2-ci cəhdində nəticələr daha yüksək olacaq

I və IV ixtisas qrupları üzrə 2-ci dəfə qəbul imtahanı həyata keçirilib. Abituriyentlərin bəziləri imtahanın çətin olduğunu bildiriliblər. Onların birinci cəhddə iştirak etməsinə baxmayaraq həyəcan və stressləri demək olar ki, eyni dərəcədədir. Bu isə sözsüz ki, nəticələrinə təsirsiz ötüşməyəcək.

 

Maraqlıdır, qeyd edilən çətinlik keçid ballarına necə təsir edəcək?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin ( Əfəndiyev) Əfəndiyevin sözlərinə görə, bəzi abituriyentlər və müəllimlər IV ixtisas qrupu üzrə kimya fənninin bir qədər çətin olduğunu qeyd edib:

 

“Lakin abituriyentlərlə apardığımız təhlillər əsasında qeyd edə bilərəm ki, nəticələr 1-ci cəhdlə müqayisədə 2-ci cəhddə daha yaxşı olacaq. Buna baxmayaraq bəzi abiuriyentlərin nəticələri arxayınlıqdan və ya digər səbəblərdən aşağı ola bilər.

 

Hansı abituriyentlər ki, 1-ci cəhddə uğur qazana bilməyibsə, düşünürəm ki, 2-ci cəhddə artıq bu problem aradan qaldırılmış olacaq. Bu da ümumi ixtisaslar üzrə formalaşmış keçid ballarında özünü büruzə verəcək”.

 

Ekspert qəbul imtahanının çətinlik səviyyəsini ötən illərlə müqayisədə eyni olduğunu vurğulayıb:

“Builki qəbulun çətinlik səviyyəsini ötən illərlə müqayisələndirsək demək olar ki, eynilik təşkil etdiyini görmüş olarıq. Sadəcə olaraq bu il yüksək bal toplayan abituriyentlərin sayı çoxdur.

 

Qarşıda yalnız abituriyentləri imtahan nəticlərinin açıqlanması, o cümlədən nəticələr əsasında apellyasiya komissiyalarına müraciətlər və ixtisaslaşma mərhələsi gözləyir”, - deyə ekspert fikrini yekunlaşdırıb.