Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-07-11 15:20:33
Dövlət qulluğu üzrə qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 11 avqust 2024-cü il tarixində dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və inzibati icarçı (B növü) vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

 

Bildirilib ki, imtahanlarda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet” (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilib) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında müvafiq olaraq “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” və ya “Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi” xidmətləri vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.

 

Dövlət qulluğunda inzibati icraçı (B növü) vəzifələrə qəbul üzrə test imtahanı

 

İnzibati icraçı (B növü) vəzifələr üzrə test imtahanında iştirak etmək üçün qeydiyyat 11 iyul saat 15:00-dan 31 iyul saat 11:00-dək aparılacaq. İmtahan Bakı (2500 yer) və Naxçıvan (400 yer) şəhərlərində təşkil olunacaq.

 

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan

 

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı Bakı və Naxçıvan şəhərlərində AB, AC, BA qrupları üzrə kompüter vasitəsilə, BB qrupu üzrə isə kağız daşıyıcılar vasitəsilə keçiriləcək.

Qeyd edək ki, test imtahanında iştirak etmək istəyən namizədlərin qeydiyyatı Mərkəzin internet portalında 11 iyul saat 15:00-dan 31 iyul saat 11:00-dək həyata keçiriləcək.