Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin III günündə riyaziyyat və kimya fənləri üzrə yüksək bal toplayan namizədlərin bir qismini təqdim edilib.
Bu barədə AzEdu.az-a Azərbaycan Respublikasının Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, 6 namizəd ən yüksək nəticəni əldə edib.
Həmin namizədləri təqdim edirik:
1.Rəna Əhmədəliyeva- Riyaziyyat- 96,5 bal;
2.Günay Əhmədova- Riyaziyyat- 96,25 bal;
3.Aygül Qurbanova- Riyaziyyat- 95 bal;
4.Əfsanə Gözəlova- Kimya- 97,5 bal;
5.Şəhriyar Ağayev- Kimya- 96,25 bal;
6.Ülviyyə Məmmədova- Kimya- 96,25 bal.