![](https://azedu.az/uploads/news/2024/06/azedu.az_azedu.az_Screenshot_2023-11-06_115112_61_920.png)
Müasir dövrdə istənilən fəaliyyətin və insan münasibətlərinin səmərəliliyi psixoloji biliklərin tətbiqinə əsaslanır. Bu baxımdan fəaliyyət məramından, məqsədindən asılı olmayaraq bütün sahələrdə psixoloji xidmətin təşkili olduqca vacibdir.
Məlumdur ki, ümumtəhsil müəssisələrində olduğu kimi, ali məktəblərdə də psixoloji xidmətə ehtiyac var. Lakin müşahidələr onu göstərir ki, tələbələr təhsil aldıqları universitetlərdə psixoloqlardan yararlana bilmirlər.
Mövzu ilə bağlı AzEdu.az-a danışan sosioloq Lalə Mehralı bildirib ki, psixoloqluğa boş ştatlar ayrılıb, kağız üzərində qalmamalıdır: “Ən kritik situasiyada psixoloq tələbəyə kömək etmirsə, o halda “Psixoloq ştatı”nın olmasının nə mənası var? Bütün təhsil müəssisələrində sözün həqiqi mənasında psixoloqlar fəaliyyət göstərməlidir”.
L.Mehralı qeyd edib ki, mühit dəyişdirdikləri üçün tələbələrin daha çox psixoloji dəstəyə ehtiyacı var: “Orta ümumtəhsil məktəblərindən ali təhsilə keçid edən hər bir tələbə sosial mühitini, ətrafla əlaqələrini dəyişdiyi üçün onun mühitlə adaptasiya prosesində həm, yaxınları həm də müəllimləri iştirak etməlidir. Bəzi kritik anlar yaşandıqda isə təhsil müəssisəsində fəaliyyət göstərən psixloqların dəstəyinə ehtiyac duyulur”.
Müsahibimiz qeyd edib ki, tələbələr psixoloq dəstəyi görmürlər: “Etdiyim araşdırmalara əsasən onu deyə bilərəm ki, bu gün bir çox ali təhsil müəssisələrində psixoloqların fəaliyyəti yox dərəcəsindədir. Onların tələbələrə nə qədər fayda verdiyi müəmmalı məsələ kimi qalmaqdadır. 10 il əvvəl təhsil müəssisələrində psixloqların fəaliyyətinin olub-olmaması sualı ünvanlansaydı, fikirləşərdim ki, bu heç nəyi dəyişmir. Çünki əvvəllər cəmiyyət indiki kimi xaotik durumda deyildi. Sosial mühit bu qədər pozulmamışdı. Əvvəllər uşaqları təhlükələrdən qoruyacaq vəziyyət yox dərəcəsində idi. İndi isə uşaqları nəzarətsiz buraxa bilmirik, daim onları addım-addım izləyirik. Hər münasibətdə olduqları insanlardan belə təhlükə gözləyəcək həddəyik. Hesab edirəm ki, belə situasiyada valideynlə ilə birgə təhsil müəssisələrindəki psixoloqların peşəkar dəstəyi də mütləq olmalıdır. Valideyn-məktəb-şagird-tələbə əlaqəsi mütəq qurulmalıdır”.
kitabı
![MİQ-dən yüksək nəticə: O, 92 bal TOPLADI MİQ-dən yüksək nəticə: O, 92 bal TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_WhatsApp_Image_2024-07-02_at_11.56.56_573.jpeg)
![Daha bir kollec məzunu MİQ-dən yüksək bal topladı – “Paytaxtda işləməyi düşünmürəm” Daha bir kollec məzunu MİQ-dən yüksək bal topladı – “Paytaxtda işləməyi düşünmürəm”](https://azedu.az/uploads/news/2024/07/azedu.az_WhatsApp_Image_2024-07-03_at_14.31.21_792.jpeg)
![Daha 6 müəllim MİQ-dən yüksək bal TOPLADI Daha 6 müəllim MİQ-dən yüksək bal TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1689220481_64af68dc5eda864af68dc5eda9168921724464af68dc5eda364af68dc5eda5_283.jpg)
![MİQ-dən ən yüksək bal toplayan NAMİZƏDLƏR MİQ-dən ən yüksək bal toplayan NAMİZƏDLƏR](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1654501759_miq_324.jpg)
![Onlar MİQ-dən ən yüksək bal TOPLADI Onlar MİQ-dən ən yüksək bal TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1719323079_1693640778_teacher_exam_060922_1_534.jpg)
![Bu gün müəllimlər 4 fəndən MİQ imtahanları VERİRLƏR Bu gün müəllimlər 4 fəndən MİQ imtahanları VERİRLƏR](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_36.jpg)
![Sertifikasiyada 58 bal toplayan müəllim: Sertifikasiyada 58 bal toplayan müəllim:](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1719834882_whatsapp-image-2024-07-01-at-15.42.47_dc371a17_857.jpg)
![“İlin Gənc Müəllimi-2023” müsabiqəsinin qalibləri - SİYAHI “İlin Gənc Müəllimi-2023” müsabiqəsinin qalibləri - SİYAHI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_WhatsApp_Image_2024-07-01_at_12.13.16_241.jpeg)