Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-12 15:06:34
Abituriyentlərə ÇAĞIRIŞ: “II cəhddə mütləq iştirak edin”

Ötən gün II və III ixtisas qrupu üzrə nəticələr açıqlandı. Nəticələrdən də bəlli sözügedən qruplar üzrə qəbul imtahanından maksimum nəticə (700) balı toplayan olmayıb.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə, buraxılış mərhələsi ilə müqayisədə imtahanın blok mərhələsi daha çətin olub:

“Biz bunu ilin əvvəlindən verdiymiz bütün açıqlamalarımızda vurğulamışdıq. Yəni blok mərhələsinin buraxılış mərhələsi ilə müqayisədə çətin olacağı gözlənilən idi. Çünki buraxılış imtahanlarının nəticəsi 3 fənnin attestat qiymətlərinə və kollecə qəbula əsas yaradır. Bu baxımdan buraxılış imtahanlarının asan olması gözləniləndir. Lakin universitetə qəbuldan danışırıqsa, burada ölçmə meyarı bir qədər çətin ola bilər. Bu çətinliyi nəticələrdən aydın görə bilirik”.

 

Həmsöhbətimiz II qrupla müqayisədə III ixtisas qrupunda rəqabətin daha çox olacağını qeyd edib:

 

“Bütün abituriyentlərə tövsiyəm odur ki, blok imtahanının II cəhdində iştirak etsinlər. İkinci cəhd imtahanına kimi hazırlaşmağa həm vaxt var, həm də növbəti cəhdin I cəhddən çətin olacağını düşünmürəm. Keçid ballarının, eləcə də ixtisaslar üzrə balların necə formalaşacağı barəsində dəqiq danışmaq hələ tezdir. İmtahanın II cəhdi hələ olmayıb, ümumi statistika hələ yoxdur.

 

Lakin plan yerlərinin artdığını, yeni universitetlərin yarandığını nəzərə alsaq, abituriyentləri və onların valideynlərini təşvişə düşməməyə çağırıram. Ümumilikdə, qruplar üzrə danışsaq, II qrupla müqayisədə III ixtisas qrupunda rəqabət daha çoxdur”, - deyə ekspert bildirib.

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK