Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən 2023-2024-cü tədris ilində 67 nəfər paytaxt məktəblisi qalib olub.
AzEdu.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
İdarənin tabeliyindəki məktəblərdə təhsil alan şagirdlərdən 10 nəfəri qızıl, 16 nəfəri gümüş, 41 nəfəri bürünc medal qazanıb.