Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-11 11:40:00
İxtisas seçimi: Abituriyentlərə təzyiq yox, dəstək göstərməliyik

“Çox təəssüf olsun ki, valideynlər 30 il bundan əvvəl seçdikləri peşəni övladlarının da davam etməsini gözləyirlər”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.

 

Professor uşaqlarla işləməyi bacarmalı olduğumuzu dilə gətirib:

 

“Çox təəssüf olsun ki, 30 il bundan əvvəl bir valideyn hansısa bir yerdə işləyib və düşünürdü ki, onun övladı həmin sahəni davam etdirməlidir. Məsələn Rusiyada belə bir məqam var ki, 9-cu və 10-cu sinifə nümayəndə gəlib uşaqlara deyir ki, “səndən aktyor olacaq”, “Siz gözəl rəssam ola bilərsiniz” və s. Bu yolla onların istedadını bir növ üzə çıxarılmasına səbəb olurdu.

 

Ona görə də biz uşaqlarla işləməyi, onları dinləməyi bacarmalıyıq. Çünki uşaqlar bizim gələcəyimizdir. Bəs biz gələcəyimizə doğru yolu göstərmək üçün səy göstəririkmi? Axı uşaqlar gələcəkdə onları nə gözlədiyindən xəbərsizdir.

 

Dərzilik çox gözəl sənətdir, amma bəzən qızların əlindən bu sənəti alırıq. Bəlkədə həmin uşaqlar müəllim deyil, yaxşı dərzi ola bilərdi? Ona görə də ixtisas seçimi öncəsi məktəblərdə görüşlər keçirmək zəruridir".

 

Z.Məmmədov abituriyentləri özlərinə inamı itirməməyə səsləyib:

 

“Şagird olduğum vaxtlarda məktəbimizdə Mirzə İbrahimovu, Anar Rzayevi, Süleyman Rüstəmi görmüşəm. Oxuduğum kənd məktəbində bu cür ziyalılarımızı görüb tanımışam. Onlar bizə həyatdan danışırdılar. Bir gün iclasların birində akademiklərdən biri çıxış etdi ki, “bizim üçün bu işləri gördülər”, “belə köməklik göstərdilər”. Ayağa qalxdım dedim ki, sizə bunları verdikləri halda bəs siz nə verdiniz? Bax, budur problem. Sizə veriləni axı niyə qaytarmısınız? İndi qocalar gənclərdən şikayət edir. Axı özünüz danışanda qeyd edirsiniz ki, “bizim əlimizdən tutublar”. Bəs siz niyə etmirsiniz?

 

Ona görə də ixtisas, peşə seçimində gənclərə təzyiq göstərmək düzgün deyil. Bizlər yalnız bu yolda onlara dəstək ola bilərik. Heç bir pis peşə yoxdur. Ən gözəl xadimə işləyən var ki, onun ev təmizləməsi üçün aylarla sıraya dururlar.

 

Yemək, mürəbbə bişirən tanıyıram ki, onun qəbuluna düşmək üçün neçə gün qabaq gözləmək lazımdır. Bütün sənətlər gözəldir. Biz axı niyə digər sənətləri inkişaf etdirmirik? Abituriyentlərə tövsiyəm budur ki, dimdik olsunlar, heç nə üçün narahat olmasınlar. Göstərməlik üçün oxuyub, qazanmasınlar. Əsas odur ki, özlərinə inamı itirməsinlər”.

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK