Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-10 13:07:37
Bakıda 160-a yaxın şagird inklüziv təhsilə cəlb edilib

2023-2024-cü tədris ilində Bakı şəhəri üzrə 18 ümumi təhsil müəssisəsində 160-a yaxın şagird inklüziv təhsilə cəlb edilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a verilən xəbərə görə, inklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.