Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-06-03 13:36:00
Şagirdlərə 5-ci sinifdən cinsi tərbiyə dərsləri keçirilməlidir - PSİXOLOQ

“Oğlanları və qızlara ayrı-ayrılıqda cinsi tərbiyə haqqında mövzular seçilərək düzgün formatda tədris olunmalıdır”.

 

Bu sözləri AzEdu.az-a Azərbaycan Psixologiya Akademiyasının psixoloqu Ləman Mustafayeva deyib.

 

 

Ləman Mustafayeva bildirib ki, ən azı həftədə bir və ya 10 gündə bir seans formasında 40-45 dəqiqə cinsi tərbiyə barədə şagirdlərə məlumat verilməlidir:

 

“Cinsi tərbiyə 3 qrupa bölünməlidir. Valideynlər, oğlanlar və qızlar üçün. Çünki valideynlərlə də mütləq danışmaq lazımdır ki, övladlarına bu barədə məlumatı necə verməli olduqlarını bilsinlər. Bu dərslər məktəblərdə oğlanlar və qızlara ayrı-ayrılıqda keçirilməlidir. Dünya təcrübəsində Avropada, Amerikada, İzraildə artıq 5-ci sinifdən bu barədə dərslər mövcuddur.

 

Dərslər verilir, konsultasiyalar hazırlanır və yaxud da ki, uşaqlara şəkilli formada izah verilir. Bu qaydada uşaqlara başa salınır”.