Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-29 16:05:00
Qarabağ Universitetində hüquq təhsili alacam

Yeni tədris ildən etibarən fəaliyyətə başlayacaq universitetlərdən biri də Qarabağ Universitetidir. Bu universitetdə təhsil alacaq tələbələr üçün müəyyən güzəştlər nəzərdə tutuıub.  Hətta indidən bir çoxları güzəştləri və universitetin adını nəzərə alaraq təhsilini məhz Qarabağda davam etdirmək istəyir.

 

Qarabağda təhsil almaq istəyənlərdən biri də Gülbəyim Novruzovadır.

 

O, Füzuli rayon, Horadiz şəhər Firudin Mediyev adına 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdidir.

 

Gülbəyim xanım AzEdu.az-a müsahibəsində bildirib ki, onun arzusu Qarabağ Universitetində hüquq təhsili almaqdır.

 

Onun Qarabağ Universiteti ilə bağlı hədəflərini məhz özündən eşidək…

 

Xankəndidə Qarabağ Universitetinin fəaliyyət göstərəcəyi xəbərini eşidəndə çox sevinmişdim. Ancaq bir neçə ay əvvəl hüquqşünaslıq ixtisasının da universitetdə tədris ediləcəyini bildikdə sevincim 1-ə 5 artdı. Çünki artıq bir neçə ildir ki, mənim ən böyük arzum hüquqşünas olmaqdır. Qarabağ Universitetində təhsil almaq mənim üçün çox böyük qürur hissi verər, çünki, 30 ildir düşmən tapdağı altında olan torpaqlarımız artıq öz əllərimizdədir. Gələcəklə bağlı arzum da məhz hüquqşünaslıq ixtisasını bitirib, Qarabağda hüquqşünas kimi fəaliyyət göstərərək Azərbaycanın haqq səsini dünyaya çatdırmaqdır.

 

Bu sahədə öz üzərimdə çox çalışıram. Bu il keçirilmiş buraxılış imtahanında 254,2 bal toplamışam. Blok imtahanından isə gözləntilərim 300-dən çoxdur. Yüksək bal toplamağım məni hüquqşünaslığa daha da yaxınlaşdırır”.