
21.03.2018 18:22
Stiven Hokinqin yayımlanmayan məqaləsi paralel kainatların sirrini aça bilər
76 yaşında həyatını itirən İngilis fizika professoru Stiven Hokinqin nəşr olunmamış bir araşdırma məqaləsinin miras qaldığı ortaya çıxıb.
Bəzi ekspertlərin fikrincə, Stiven Hokinqin bu məqaləsində bəhs edilən yeni nəzəriyyə digər kainatların varlığının sirrini işıqlandıra bilər. İngiltərədə nəşr olunan "Times" qəzetinin xəbərinə görə, Belçikadakı KU Leuven Universitetindən olan nəzəri fizika professoru Tomas Hertoq Stiven Hokinq ilə yazdığı bu məqalənin elmi jurnal tərəfindən qiymətləndirildiyini bildirir.
Bu məqalə Stiven Hokinqin 1983-cü ildəki Böyük Partlayış nəzəriyyəsində bəhs etdiyi paralel kainatlar nəzəriyyəsinin daha təkmilləşmiş halıdır. “Sonsuz inflyasiyadan yumşaq çıxış” adı verilən məqalədə çoxlu Böyük Partlayışların izini tapmaq üçün lazım olan kosmik kəşfiyyat vasitələrinin nələrə sahib olmasına dair riyaziyyatçılara yeni fikir verir.
Professor Tomas Hertoq Hokinq ilə birlikdə ortaq bir araşdırma etdiklərini və Hokinqlə işləməklə bağlı son razılığını almaq üçün ölümündən qısa zaman əvvəl görüşdüklərini deyib. Məşhur ingilis nəzəriyyəçi kosmik elmlər, qara dəliklər və kvant fizikası ilə bağlı işləri ilə tanınırdı. Hokinqə 22 yaşında tutduğu xəstəliyə görə yalnız iki il ömrünün qaldığını bildirsələr də o, 76 yaşına qədər elmi işlərini davam etdirdi və bir çox nəzəriyyə və kitablara imzasını atdı.
Hokinq kosmosla bağlı fikirlərini belə ifadə edirdi:
” Yer üzündə həyatın, anidən ortaya çıxacaq bir nüvə müharibəsi,genetik cəhətdən dəyişdirilmiş bir virus kimi fəlakətlər və gedərək artan başqa təhlükələrlə yox olma təhdidi ilə qarşı qarşıya qaldığına inanıram. İnsanoğlunun kosmosa getmədiyi müddətcə bir gələcəyi olduğunu hesab etmirəm. Buna görə də insanları kosmosa maraq göstərməyə təşviq etmək istəyirəm”.
Bu bölməyə aid digər xəbərlər
Müəllimlərin onlayn dərsləri daha səmərəli etmələri üçün 5 VACİB ÜSUL – ÇOX FAYDALI
25.02.2021 | 16:32
Müəllimlər üçün çox faydalı olan 15 web sayt - Onlarda hər şey var- MARAQLI
25.02.2021 | 16:08
Rusiyalı alimlər koronavirusun iki təsirli müalicə üsulunu müqayisə etdilər
31.01.2021 | 11:36
Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
31.01.2021 | 10:00
Dövlət qulluqçusuna hansı fəaliyyətlər qadağandır?- Qanun
28.01.2021 | 12:30
Dünya Ekoloji Təhsil Günü ilə əlaqədar maarifləndirici tədbir keçiriləcək
26.01.2021 | 16:20
Nastradamus kimdir?
26.01.2021 | 16:02
100 yaşlılardan həyat dərsləri
26.01.2021 | 15:25
Lütfi Zadənin 100 illiyi qeyd ediləcək - SƏRƏNCAM
25.01.2021 | 18:00
Jane Elliott – Bölünmüş sinif təcrübəsi
23.01.2021 | 16:34
Ömrün uğurlu bünövrəsi(tədrislə bağlı PDF kitab)
BÜTÜN ÇOX OXUNANLAR
ÇOX OXUNANLAR
16.02.2021 | 14:15
Buraxılış imtahanında riyaziyyat fənnindən bu mövzulardan suallar salınacaq-TAM SİYAHI

20.02.2021 | 13:27
Təhsil Nazirliyindən orta məktəblərdə əyani dərslərin artırılması ilə bağlı AÇIQLAMA

24.02.2021 | 11:02
Təhsil Nazirliyindən məktəblərlə bağlı AÇIQLAMA

19.02.2021 | 17:48
Nazir: “Pandemiya təhsil sistemini bir sıra vacib çağırışlarla üz-üzə qoydu” - MÜSAHİBƏ

23.02.2021 | 12:21
Dərs cədvəlləri hazırlanarkən bu nöqsana yol vermək olmaz-DƏQİQ İZAH

17.02.2021 | 15:18
Kənar şəxslərin məktəbə daxil olması məhdudlaşdırılıb - Məktəb direktorundan zəruri yazı

17.02.2021 | 12:23
Məktəblərdə dərslər yenidən dayandırılır? - Rəsmi CAVAB

22.02.2021 | 12:06
İmtahanda tətbiq olunan bu yeniliklər abituriyentlərin xeyrinədir-Ekspert açıqladı

FACEBOOK