Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-27 13:31:25
UNEC-in “Brend tələbə”ləri mükafatlandırıldı - FOTOLAR

AzEdu.az Təhsil Portalı və ali məktəblərin birgə təşkilatçılığı ilə həyata keçirilən "Brend tələbə" layihəsi çərçivəsində xüsusi meyarlara uyğun seçilən tələbələrin mükafatlandırılmasına start verilib.

 
Bu gün AzEdu.az və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı ilə UNEC-də təhsil alan “Brend tələbə”lər təltif ediliblər.

 
Tədbirdə AzEdu.az Təhsil Portalının təsisçisi, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, AzEdu.az-ın əməkdaşı Ləman Novruzova və həmin statusa layiq görülmüş tələbələr iştirak ediblər.

 
Mükafatlandırma mərasimi Elşad Eyvazlının açılış nitqi ilə başlayıb. O, tələbələri təbrik edərək təhsil həyatlarında uğur arzulayıb.

 
Qeyd edib ki, belə proyektlər universitet həyatında aktiv olan və seçilən tələbələri daha çox motivasiya edir. Digər tələbələrə isə stimul verir ki, “Brend tələbə” olmaq üçün inkişaf etməyə çalışsınlar.

 
Görüşdə tələbələr öz fəaliyyətlərindən və uğur qazanmağın sirlərindən söz açıblar.

 
Daha sonra onlara təltifnamələri təqdim olunub və sonda xatirə şəkli çəkilib.

 
Azərbaycan Dövlət İqtisad Universitetinin "Brend tələbə" statusuna layiq görülmüş gənclər aşağıdakılardır:

 

Teymurlu Jalə Anar qızı - "Maliyyə və mühasibat" fakültəsinin "Maliyyə" ixtisası üzrə təhsilin III ili

 

Quluzadə Aqşin Sədi oğlu - "Biznes və menecment" fakültəsinin "Biznesin idarə edilməsi" ixtisası üzrə təhsilin II ili

 

Namazov Rəvan Əbülfət oğlu - Beynəlxalq iqtisadiyyat məktəbinin (İSE) Maliyyə ixtisası üzrə, təhsilin IV ili, 1034 saylı qrup tələbəsi

 

Şıxalızadə Lalə Hümmət qızı - UNEC Dizayn məktəbinin "Dizayn" ixtisası üzrə təhsil alır.

 

Gəraylı Şərqiyyə Yaqub qızı - "Sabah" mərkəzinin "Maliyyə" ixtisası üzrə təhsil alır.

 

İsgəndərov Nihad Vüqar oğlu - "İqtisadiyyat və idarəetmə" fakültəsinin "Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsil alır.

 

Hüseynzadə Rüfət Fariz oğlu - "Rus iqtisad məktəbinin" "Marketinq" ixtisası üzrə təhsil alır.

 

Bəşirli Türkan Bayram qızı - "Rəqəmsal iqtisadiyyat" fakültəsinin "Kompüter elmləri" ixtisası üzrə təhsil alır.

 

Bağırzadə Elmir Rövşən oğlu - "Mühəndislik" fakültəsinin “Elektrik və elektronika mühəndisliyi” ixtisası üzrə təhsil alır.


Əsədova Vüsalə Teymur qızı - "Türk dünyası iqtisad" fakültəsinin "İqtisadiyyat" ixtisası üzrə təhsil alır.

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK