Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-03 14:18:10
LDU-da M.Füzulinin 530 illiyi qeyd edilib

Lənkəran Dövlət Universitetinin “Filologiya və ibtidai təhsil” fakültəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş Elmi konfrans keçirilib.

 

LDU-dan AzEdu.az-a bildirilib ki, konfransı giriş sözü ilə fakültənin dekanı dos.Elman Mirzəyev açıb, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında 25 yanvar 2024-cü il tarixli sərəncamından və ustad sənətkarın ədəbiyyat tariximizdə rolundan danışıb. Qeyd edib ki, bu sərəncamdan irəli gələn tədbirlər Məhəmməd Füzuli ədəbi-bədii irsinin bir daha öyrənilməsinə və təbliğinə xidmət edir.

 

Konfransda  “Azərbaycan dili və ədəbiyyat” kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Yədulla  Ağazadənin “M.Füzuli Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin iftixarıdır” mövzusunda məruzəsi dinlənilib. Məruzədə dahi Azərbaycan şairi M.Füzulinin Azərbaycan ədəbiyyatı tarixində tutduğu mövqeyə aydınlıq gətirilib, dahi sənətkarın M.F.Axundova qədərki ədəbi düşüncədə  ədəbiyyat, dil, sənət məsələləri barədə bu günümüzdə  də aktuallığını itirməyən elmi-nəzəri fikirlərə sahib olduğu bildirilib.

 

Məruzə ətrafında “Azərbaycan dili və ədəbiyyat”kafedrasının müdiri dos.Qədim Rufullayev “M.Füzuli haqqında rəvayətlər”, “Pedaqogika, psixologiya və incəsənət” kafedrasının müdiri dos.Afiq Əliyev “M.Füzuli yaradıcılığında bəşəri dəyərlərin tərbiyəedici xüsusiyyətləri”, “Xarici dillər” kafedrasının müdiri Haşım Əkbərov “M.Füzuli əsərlərinin Avropa dillərinə tərcüməsi və nəşri”,, dos.Könül Dənziyeva “M.Füzuli qəzəllərinin dilində prosodik vasitələrin rolu”, b/m.Mailə Əliyeva “M.Füzulinin əsərlərində təlim-tərbiyə məsələləri”,  magistrant  Fəxriyyə Qüdrətli  “M.Füzuli yaradıcılığında mövzu rəngarəngliyi” mövzusunda çıxış ediblər.

 

Məruzə  və çıxışlarda  dahi sənətkarın əsərlərinin mövzusu, sənətkarlıq xüsusiyyətləri, dil və üslub problemləri, ədəbiyyatımızın inkişafındakı rolu və s. məsələlərdən bəhs edilib.