Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-05-02 11:30:57
Magistr imtahanında ən yüksək balı O TOPLADI
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi magistraturaya qəbulda birinci oldu.
 
 
Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib.
 
 
Bildirilib ki, BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının V kurs tələbəsi Qəhrəman Kazımlı magistraturaya qəbul imtahanlarında (essesiz) 86 bal toplayaraq rus bölməsi üzrə ən yüksək nəticəni göstərib.
 
 
Qəhrəman 2019-cu ildə Bakı Ali Neft Məktəbinə 678.7 balla qəbul olub. Prezident təqaüdçüsüdür.
 
 
Erasmus+ mübadilə proqramı ilə III kursda 1 semestr İspaniyanın Alkala Universitetində təhsil alıb.
 
 
Bu il SOCAR-ın “Gənc İstedadlar Proqramı”na seçilib. Hazırda SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsində təcrübə keçir.