![](https://azedu.az/uploads/news/2024/04/azedu.az_Screenshot_2024-04-16_084220_179.png)
Avropa Birliyinin maliyyələləşdirdiyi “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” (UniClaD) “Erasmus+KA2” layihəsi çərçivəsində Moldovada səfərdə olan Azərbaycan Texniki Universitetinin (AzTU) elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov, beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədov və Beynəlxalq əlaqələr şöbəsinin beynəlxalq layihələr qrupunun rəhbəri Mətanət Paşayeva Moldova Texniki Universitetinin (UTM) rektoru professor Viorel Bostanla görüşüblər.
AzEdu.az xəbər verir ki, UTM-in Moldovada mühəndislik sahəsində əsas ali təhsil müəssisəsi olduğunu diqqətə çatdıran professor Viorel Bostan son illər Azərbaycan və Moldova arasında elm və ali təhsil sahəsində əməkdaşlığının əhəmiyyətini diqqətə çatdırıb. O, bu əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. Rektor son illər UTM-də aparılan yeniliklər və innovasiyalarla bağlı həyata keçirilən layihələr barədə məlumat verib. AzTU-nun elm və innovasiyalar üzrə prorektoru Sübhan Namazov universitetdə son illərdə görülən işlər barədə məlumat verib.
Görüşdə AzTU və UTM arasında mövcud və perspektiv əməkdaşlıq imkanları, o cümlədən tədris və tədqiqat sahəsində beynəlxalq layihələrdə birgə iştirak məsələləri müzakirə olunub. Birgə fəaliyyətlərin həyata keçiirlməsi barədə ilkin razılıqlar əldə olunub.
AzTU-nun nümayəndə heyəti həmçinin UTM-in nəzdində fəaliyyət göstərən “Tekwill” İT Parkının və Kompüter, İnformatika və Mikroelektronika fakültəsinin tədris, tədqiqat və innovasiya fəaliyyətinin təşkili ilə tanış olub, fikir mübadiləsi aparıblar.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)