Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-05 14:15:00
"Qızlar qəbul imtahanlarına oğlanlardan daha ciddi yanaşır"

3 mart tarixində keçirilən buraxılış imtahanlarının nəticələri açıqlandı. Abituriyentlər arasında 14 nəfər maksimum nəticə (300 bal) toplayıblar. Həmin abituriyentlərdən biri oğlan olmaqla qalan 13 nəfər qız şagirdlərdir.

 

Maraqlıdır, maksimum nəticə göstərənlər sırasında oğlanlar nə üçün azlıq təşkil edir?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Elvin Bədirov qeyd edib ki, son illər ərzində keçirilən buraxılış imtahanları içində ən düzgün, qaydalara müfaviq, ziddiyyətərdən kənar keçirilən buraxılış imtahanı məhz bu il keçirildi:

 

“Nəticə isə göz qabağındadır. Təkcə 1 imtahanda 14 şagirdimiz 300 bal, yüzlərlə şagird isə 290-dan yüksək bal toplamağa müvəffəq oldu. Bu həm şagirdlərin əzmkarlığının, həm də imtahanların uyğunluğunun nəticəsidir. Hər zaman imtahanlar bu formada keçirilməlidir. Çox çətinə salmaq və şagirdləri həvəsdən salıb stresslə yükləmək lazım deyil. Bununla da həm valideynləri, şagirdləri, həm də müəllimləri narazı salmaq lazım deyil.

 

Qız şagirdlərin ciddi olaraq fərqlənməsi isə çox şeydən xəbər verir. Bu qızların oğlanlara nisbətən qəbul prosesinə daha ciddi yanaşmasını və kənar təsirlərdən uzaq qalmasını, əzmkar və iradəli olmasını göstərir.

 

Nəticələrin bu qədər fərqli olması qızların oğlanlardan daha savadlı olması ilə əlaqələndirmək doğru olmaz. İstənilən halda nəticələrin yüksək olması, xüsusi ilə də  regionlarımızda nəticələrin fərqlənməsi və qızlarımızın belə uğurlu olması bizi sevindirir. Bütün uğur qazanan şagirdlərimizi təbrik edir, növbəti imtahanlarda və həyatda müvəffəqiyyət arzulayıram. Nəticəsi zəif olan şagirdlər isə ruhdan düşmədən əzmkarlıqla növbəti imtahana hazırlaşsınlar”.