Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-04-03 10:34:32
AMEA-nın Mərkəzi Elmi Kitabxanasına yeni direktor təyin edilib

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin sərəncamı ilə texnika üzrə fəlsəfə doktoru dosent Hüseyn Hüseynov AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsinə təyin olunub.

 

Bu barədə AzEdu.az-a AMEA-dan məlumat verilib. Bildirilib ki, Hüseyn Hüseynov 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasında çalışır. 2018-2022-ci illərdə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsi müdirinin müavini vəzifəsində işləyib. 2022-ci ildən həmin şöbənin müdiri olub. O, AMEA Direktorlar Şurasının sədr müavini, AMEA-da Ekspedisiyaların təşkili üzrə komissiyanın üzvüdür.

 

Hüseyn Hüseynovun qardaşı Ramil Hüseynov Birinci Qarabağ müharibəsində şəhid olub.