Dünyanın ən böyük teatr festivalı start götürüb.
AzEDU xarici KİV-lərə istinadən xəbər verir ki, 16-cı İber-Amerika Teatr Festivalı adlanan bu möhtəşəm tədbir Kolumbiyanın paytaxtı Boqota şəhərində ke çirilir. Festivalda 700-dən çox sənət adamı iştirak edir.
Qeyd edək ki, festival aprelin 1-də Bolivar meydanında başa çatacaq.
Nəzrin Cavid