Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-29 15:14:12
Məktəb direktoru təhsilini  Vaşinqtonda  davam etdirəcək
 
Mingəçevir şəhər S.Vurğun adına 16 nömrəli tam orta məktəbin direktoru Aygün Quliyeva ADA Universitetinin “Bir müəllimin manifesti” təhsil proqramının Azərbaycan mərhələsini müvəffəqiyyətlə başa vurduğu üçün tədrisini ABŞ-ın Vaşinqton şəhərində davam etdirəcək.
 
 
Bu barədə AzEdu.az-a Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib.
 
 
 
Qeyd edək ki, ADA Universitetinin Vaşinqton mərkəzində tədris ediləcək təhsil 28 fevral - 01 aprel 2024-cü il tarixlərində həyata keçiriləcək.
 
 
 
Bu müddət ərzində proqram iştirakçıları müvafiq dərs proqramından əlavə, ADA Universitetinin Vaşinqton Mərkəzində təşkil olunacaq seminar, mühazirə və konfranslarda iştirak edəcək, müxtəlif yerli məktəb, kollec və universitetlərə səfər edəcəklər.
 
 
Həmçinin, iştirakçılar Vaşinqtonda keçirilən tədbirlərdə iştirak edəcək, muzey və mədəniyyət mərkəzlərini də ziyarət edəcək, ingilis dilini təkmilləşdirəcək və ABŞ-ın qabaqcıl təhsil sistemi ilə yaxından tanış olacaqlar.
 
 
Aygün müəlliməni təbrik edir, onlara gələcək fəaliyyətində uğurlar arzulayırıq.