Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-29 11:53:14
Nazir: Sentyabrda 1000 azərbaycanlı gənci Qarabağ Universitetində tədrisə cəlb etməliyik

2024-cü ilin ən vacib xəbəri Xankəndində Qarabağ Universitetinin fəaliyyətə başlaması olacaq.

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.

 

 
"Yəni artıq sentyabrda 1000 nəfər azərbaycanlı gənci Qarabağ Universitetində tədrisə cəlb etməliyik. Buna uğurla nail olacağımıza inanırıq", - o əlavə edib.
 

Nazir il üçün ikinci böyük təşəbbüs kimi Azərbaycan-Türkiyə universitetinin yaradılmasını vurğulayıb:

 

"Bu universitet ölkələr arasında qardaşlıq bağlarının elm və təhsil sahəsində möhkəmlənməsinə xidmət edəcək. Hansı ki irəlidəki 7-8 ay ərzində bu ali təhsil müəssisəsinin qurulmasına nail olunacaq".