https://www.zirve.edu.az/
25.10.2018 09:10
AzEdu.az bu tarixdə ucqar kəndlərdə olacaq – Kitab qəbulu davam edir

Kitablar, insanları mənəvi cəhətdən müsbətə doğru dəyişən bir fürsətdir. Oxumaq  birmənalı şəkildə insanların zehni və ruhi inkişafına səbəb olur.

Kitab oxumaq bir  nəfər kimi hər kəsin, xüsusilə bütün məktəblilərin haqqıdır.

AzEdu.az məhz ucqar kənd məktəblərində təhsil alan uşaqların da bu “fürsətdən” yararlanmasını təmin etmək üçün start verdiyi layihəyə davam edir.

Layihəni keçirməkdə əsas məqsəd ucqar kənd məktəblilərinin kitab oxumasına yardımçı olmaq, onların daha da  maariflənməsinə az da olsa töhfə verməkdir.

Beləliklə, AzEdu.az təhsil portalı 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə cənub bölgəsində kitab paylayacaq.

Əziz oxucu, əgər siz də bu hədəfə çatmaq üçün vasitəçi olmaq istəyirsinizsə, sadəcə, kitab yollamaqla buna nail ola bilərsiniz.

Siz hədiyyə etmək istədiyiniz kitaba  “Muraddan (şərti ad) məktəbli dostuma hədiyyə" yazmaqla kitabı redaksiyamızın ünvanına göndərə və ya əlaqə saxlayaraq bizə çatdıra bilərsiniz.

Qeyd edək ki, məzmununa görə kitablar müxtəlif ola bilər: dərslik və test vəsaitləri, bədii və elmi kütləvi kitablar, lüğətlər və s.

Kitabların azərbaycan və türk dilində olması arzuolunandır.

Ətraflı məlumat üçün əlaqə vasitələri:

e-poçt: İ[email protected]

mobil tel. : 055 329 4878

WhatsApp: 055 329 4878

Facebook: https://www.facebook.com/azedu.az/