Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-22 10:07:23
29 nömrəli tam orta məktəb yenidən tikilərək istifadəyə verilib
Gəncə şəhəri 29 nömrəli tam orta məktəb yenidən tikilərək istifadəyə verilib. 
 
 
Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən AzEdu.az-a məlumat verilib.
 
 
Bildirilib ki, Gəncə şəhər 29 nömrəli tam orta məktəbdə 1068 nəfər şagird təhsil alır.
 
 
Məktəb binasında sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, 2 STEAM otağı, kompüter və müəllimlər otağı, hərbi kabinet, kitabxana, bufet və idman zalı yerləşir.
 
 
Qeyd edək ki, məktəbdə 360 yerlik akt zalı, qrim otağı, məktəbəhazırlıq otağı, müasir tələblərə cavab verən kitabxana da fəaliyyət göstərir.