Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-21 16:55:09
İntensiv yağış və qar yağacaq-XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamadək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir.

 

Bu barədə AzEdu.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, yarımadanın bəzi yerlərində yağıntıların qısamüddətli intensivləşəcəyi ehtimalı var.

 

Fevralın 22-də əsasən Azərbaycanın şərq rayonlarında, 23-də isə əksər yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Balakən-Şəki, Quba-Qusar, Qazax-Gəncə, Lənkəran-Astara, Naxçıvan MR, Qarabağ, Şərqi-Zəngəzur bölgəsində yağıntıların intensiv olacağı ehtimalı var.

 

Qərb küləyi əsəcək, fevralın 23-də əsasən dağlıq və dağətəyi rayonlarda arabir 15-20 m/s-dək güclənəcək.