Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-02-12 13:23:01
Respublika Fənn Olimpiadaları üzrə qeydiyyatdan keçən şagirdlərin nəzərinə!

12 fevral 2024-cü il saat 12:00-dan etibarən Respublika Fənn Olimpiadalarında iştirak üçün qeydiyyatdan keçən şagirdlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsinə daxil olaraq buraxılış vərəqlərini yükləyə və çap edə bilərlər.

 

AzEdu.az xəbər verir ki, Respublika Fənn Olimpiadalarının yarımfinal turu informatika fənni üzrə fevralın 17 (8-9-cu siniflər) və 18-də (10-11-ci siniflər), digər fənlər üzrə isə fevralın 24-də əvvəlcədən müəyyənləşdirilən mərkəzlərdə keçiriləcək.

 

Şagirdlər buraxılış vərəqələrinin şəxsi kabinet vasitəsilə əldə edilməsi ilə bağlı yaranan hər hansı çətinliklə əlaqədar təhsil aldıqları ümumtəhsil müəssisələrinə müraciət edə bilərlər.

 

Nəzərinizə çatdıraq ki, Respublika Fənn Olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir.

 

Respublika Fənn Olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə təşkil edilir.