Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-16 17:27:53
Azərbaycan aliminin monoqrafiyası Türkiyədə nəşr edilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Mehman Həsənlinin “Cingiz Aytmatov fenomeni və Azərbaycan” monoqrafiyası Türkiyədə “Bengü Yayınları”nda nəşr edilib.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, 332 səhifəlik monoqrafiyada böyük qırğız yazıçısı Çingiz Aytmatovun həyatı, janrlar üzrə bədii yaradıcılığı və Azərbaycanla əlaqələri araşdırmaya cəlb edilib.

 

Nəşrə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Əbədi mogikan” adlı geniş “Ön söz” yazıb. Kitab Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlunun rəhbərliyi ilə nəşrə hazırlanıb. Gənc tədqiqatçı Səfa Başımoğlunun türkcəyə çevirdiyi kitabın redaktorları Kastamonu Universitetinin professoru, aytmatovşünas alim Orhan Söylemez və Ömer Faruk Ateşdir.