Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-21 12:34:00
Pulsuz qida ilə təmin olunan müəllimlər, damda məşq edən şagirdlər – Maraqlı təhsil sistemi…

Hətta təhsilinin ən yüksək inkişaf dövrünü yaşayan dünya ölkələrində də insanlar bəzən xaricdə təhsil almaq istəyirlər.

Azərbaycanda da xarici ölkələrdə təhsil almaq istəyənlər çoxdur. Kimisi, ABŞ, kimisi Avropa ölkələri, kimisi Çin və digər yerlərdə təhsil almağı hədəf seçib.

Bu şansdan yararlanmaq üçün AzEdu.az xarici ölkələrdə təhsil almaq və ya təhsilini davam etdirmək istəyənlərə məlumatları verməkdə davam edir. Bu dəfə Çin təhsili ilə maraqlananlar üçün məlumatları təqdim edirik.

Statistikaya əsasən, Çində ölkə üzrə ibtidai və orta təhsil pilləsində oxuyan şagirdlərin sayı 200 milyon nəfəri ötür.

Məktəblər ictimai və xüsusi olaraq iki yerə bölünür. Şəxsi məktəblərdə təhsil haqqı ayda 1000 dollara çata bilər, lakin orada təhsil səviyyəsi daha yüksəkdir. Çində xarici dil öyrənmək vacib bir mövzudur. Elit məktəblərin şagirdləri ingilis dili tədrisinin 5-ci və ya 6-cı ilində artıq bu dildə sərbəst danışa bilirlər.

Onlar gün ərzində 10 saatdan çox təhsil alırlar. Dərslər, adətən, 08:00-da başlayır və günorta 3-4 arası başa çatır. İncəsənət və idman dərsləri Çin məktəblərində əksər hallarda həftəsonları tədris edilir. Çində məcburi orta təhsil 12-13 ildir. Orta məktəb imtahanlarında yüksək nəticə göstərə bilməyənlərin öz ölkələrində universitetə qəbulolma ehtimalları yoxdur.

Hər sinifdə asılı olan akademik bir poster vardır ki, o poster uşaqları öyrənməyə daha çox təşviq edir. Siniflər A-dan F-ə qədər bölünür.

A - ən yüksək dərəcəli siniflərdir. ( 90-100%)
F - qeyri-qənaətbəxş dərəcəli siniflərdir. (59%)

Çin məktəblərində mərkəzi isitmə sistemi yoxdur…

Bu sistem ölkənin yalnız şimalında mövcuddur. Mərkəzi və Cənubi Çindəki tikililər isə isti iqlim üçün nəzərdə tutulub. Yəni qışda temperatur aşağı düşə biləcəyi təqdirdə təkcə istilik sistemi kondisionerdir.

Çində bütün məktəblərdə məktəbli forması geniş şalvar, jaket və idman ayaqqabılarından ibarətdir. Uniformaların dizaynı rəng və məktəb emblemləri istisna olmaqla, hər biri eynidir.

Damda məşq edən məktəblilər…

Bütün şagirdlər 3-cü dərsdən sonra mütləq şəkildə göz məşqi edirlər. Səhərlər və günorta saat ikidə, gündə iki dəfə olmaqla onlar sinif otağından çıxaraq müəyyən vaxt çərçivəsində mahnıya qulaq asıb əylənirlər. Hətta bəzi Çin məktəblərində uşaqlar məktəbin damında məşq edirlər.

Özəl məktəblərdə müəllimlərə meyvə və qatıq təklif edirlər…

Nahar fasiləsi olan ən böyük fasilə 1 saat müddətindədir. Çində bütün orta məktəblərdə müəllimlər pulsuz nahar yeməyi ilə təmin olunurlar. Qida rasionuna ənənəvi olaraq daxildir: ət yeməyi, düyü, iki tərəvəz və çörək.